Google Pagerank™ indikatoru
Bu səhifədə siz öz saytınızın PageRank rəqəmini müəyyən edə bilərsiniz. Əlavə
olaraq bu rəqəmi dinamik olaraq izləmək və öz ziyarətçilərinizə göstərmək üçün
saytınız üçün xüsusi kod əldə edə bilərsiniz.
Google Pagerank™ (Pr) Nədir?
Pagerank Azərbaycan dilində dəqiq tərcüməsi olmayan bir Google termnidir, ümumi
olaraq internet istifadəçiləri və sayt yaradıcıları tərəfindən “Link (Keçid)
Populyarlığı Xalı” olaraq izah edilir, lakin istifadə olunan termin PageRank'dir.
PageRank Google'ın axtarış nəticələrində sıralanmada istifadə edilən əsas amildir.
Yəni, məsələn "Azərbaycan" axtardıqda və bu söz bir neçə saytın məzmununda
eyni səviyyədə rast gəlinirsə, nəticə sıralanmada daha yüksək PageRank olan səhifələr
birinci veriləcək. Necə hesablanır?
PageRank sayta olan müxtəlif digər saytlardan keçid sayı ilə hesablanır. Bundan
əlavə sayta keçid verən saytların PageRank rəqəmləri də istifadə olunur. Yəni
tutaq ki sizin sayta PageRank-i yuxarı olan sayt keçid verərsə, sizin PageRank
rəqəmi müəyyən vaxtdan sonra daha yüksək olacaq. Nə üçün lazımdır?
PageRank Google tərəfindən öz axtarış sisteminin alqoritmi üçün istifadə olunmasına
baxmayaraq, bu rəqəm hər hansı bir saytın "sanballı"-lığını göstərir.
Burada tək gündəlik ziyarətçi sayı deyil, bir sıra digər amillər də nəzərə alınır.
Buna görə də, xaricdə olan İnternet reklam bazarlarında hər hansl bir saytın
reklam effektivliyi digər amillərdən çox məhz PageRank rəqəminə əsaslanır.